Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi Dortmund "Borussiya"sı da növbəti matçına çıxıb.
 
Kubokda ikinci oyununa çıxan dortmundlular II Bundesliqa təmsilçisi "Paderborn"la qarşılaşıb. Görüş "Borussiya"nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, "Borussiya" 1/32 finalda aşağı liqa təmsilçisi "Çemnitzer"i mübarizədən kənarlaşdırıb.
Shares: