Doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” istirahət etmədən növbəti tur üçün hazırlaşacaq. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" bu gün oyunsonrası bərpa məşqini keçirəcək. 
Qarşıdakı günlərdə də komanda Lənkəranda məşq edəcək. 
Qeyd edək ki, seçkilərlə əlaqədar PFL Premyer Liqanın XI turunun oyunlarını bir gün qabağa çəksə də cənublular bu dəyişikliklə razılaşmayaraq, etirazını gizlətməmişdi. Beləcə, XI tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Rəvan” – “Xəzər Lənkəran” oyunu hər iki klubun razılığına əsasən noyabrın 2-də baş tutacaq. “Xəzər Lənkəran” isə oktyabrın 31-ə qədər hazırlıqlarını doğma şəhərdə davam etdirəcək.
 
Maraq üçün əlavə edək ki, bu dəyişikliklə bağlı hələ ki, PFL-dən açıqlama yayılmayıb.
 
(12cioyuncu.info)
Shares: