Ötən gün Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti oyununa çıxıb. 
 
Adıçəkilən komanda öz meydanında "Şanlıurfaspor"la üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Budak isə sona qədər mübarizə aparıb. 
 
Qeyd edək ki, "Qaziantep BB" 12 xalla 2-ci pillədə qərarlaşıb.
Shares: