Topaz Premyer Liqasının 10-cu turunda “Neftçi” doğma meydanda “İnter”lə üz-üzə gəlib. Futbolinfo.az xəbər verir ki, 1:1 hesaı ilə başa çatan oyundan sonra meydan sahiblərinin yarımmüdafiəçisi Cavid İmamverdiyev jurnalistlərin suallarını cavablandırıb:
– “Neftçi” yenə qələbə qazana bilmədi…
– Yaxşı oynadıq. Xüsusən ilk hissədə baxımlı oyun göstərdik. Amma son dəqiqələrdə müdafiəyə çəkilməyimiz qələbəyə mane oldu. Qapımızda qol gördük və 3 xaldan məhrum olduq. Çox məyusuq. Çünki son oyunlara baxsaq, tez-tez matçların axırlarına yaxın qol buraxırıq.
– Uzun müddətdir ki, yaşıl meydanlardan uzaq idiniz…
– Formamı bərpa etmək haqqında düşünürəm. Əvəzedicilərin çempionatında oynadım və hər şey müəyyən qədər yaxşıdır. Komandama “qara zolaq”dan çıxmaq üçün kömək etmək istəyirəm.
– Bunun üçün komandaya nə lazımdır?
– Bircə qələbə lazımdır ki, ilk növbədə futbolçular psixoloji baxımdan özlərinə gəlsinlər. Ondan sonra bizi saxlamaq çətin olacaq. Çox yaxşı komandamız var, yaxşı da oyun sərgiləyirik. Sadəcə, bəxtimiz gətirmir. Özümüz də şokdayıq ki, bu qədər yaxşı oynadığımız halda neçənci dəfədir matçın sonlarında qol buraxıb, qələbəni əldən veririk.
– “Neftçi” dediyiniz qədər baxımlı oynamır…
– Yox, mən sizinlə razılaşa bilmərəm. 
– 10 turda cəmi 2 qələbə qazanmısınız…
–  Məşqlərdə çox çalışırıq. Siz Samir Əliyevin komandanı bu vəziyyətdən çıxarmaq üçün necə çalışdığını görəsiniz… Mənə də xoş deyil ki, belə yaxşı insan, məşqçi bu cür vəziyyətlə üzləşib. O, buna layiq deyil.
– “Neftçi”nin vəziyyəti heç də ürəkaçan deyil. 7-ci pilədə qərarlaşmaq nədən xəbər verir?
– Mən illərdir buradayam. Heç belə duruma düşməmişdik.
– Ötən mövsüm çıxış etdiyiniz “Elazığspor”dan qalmqallı şəkildə ayrıldız. Bu mövzu ətrafında çox danışıldı. Özün bir aydınlıq gətirərdin məsələyə…
– Məni komandadan uzaqlaşdırdılar. Gəldim Azərbaycana və müqaviləmi birtərəfli şəkildə pozdum. Türkkiyə klubu da buna görə FİFA-ya şikayət etdi.
– Amma onların dediyinə görə sən Azərbaycana icazə almadan gəlmisən və geri dönməmisən…
– Yox, səbəb təkcə bu deyil.
– “Elazığspor” sənin və ya “Neftçi”nin onlara 50 min dollar təzminat ödəməli olduğunuzu bildirib…
– Niyə 50 min dollar ödəməliyəm?
– İcazəsiz ayrıldığınız üçün…
– Buna görə məgər 50 min dollar ödəmək lazımdır?
Shares: