Azərbaycan millisinin noyabrın 17-də evdə Moldova ilə keçirəcəyi yoldaşlıq oyununun yayımı hələ də sual altındadı. Futbolinfo.az xəbər verir ki, AFFA bununla bağlı tender elan edib.
Federasiyanın rəsmi saytından yayılan məlumata görə, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın televiziya vasitəsilə yayımının siqnalı ilə bağlı (çəkiliş təşkil olunacaq) tender elan olunub. Tenderin qiyməti 20 min AZN, müraciət üçün son tarix isə noyabrın 10-dur.
Qeyd edək ki, sözügedən qarşılaşma yerli vaxtla saata 21:00-da start götürəcək.