Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu” da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda səfərdə "Giresunspor"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Timur isə bu matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Altınordu” 15 xalla 6-cı pillədə qərarlaşıb.
Shares: