"Qəbələ"nin sabiq üzvü – fransalı hücumçu "So Foot" nəşrinə maraqlı açıqlamalar verib. Futbolinfo.az sizi həmin müsahibənin marqlı hissələri ilə tanış edir:
– Türkiyədə oynamaq necə idi?
– Türkiyədə oynamaq o qədər də problemli olmadı. Çünki yerli dili də müəyyən qədər öyrənmişdim. Düzdü, fərqli idi, amma öyrəndim. Karyeram orada yaxşı oldu.
– “Sivasspor” xoşunuza gəlirdi?
– Düzdü, əmək haqqı Fransadakından az idi. Amma klubun səviyyəsi heç də aşağı deyildi. Özümü  orada rahat hiss edirdim.
– Azərbaycan karyeranız haqqında fikirləriniz maraqlı olardı…
– Əvvəlcə oradakı yaşayışı müqayisə etmək istərdim. Heç zaman yaşadığım ölkələri tənqid etməmişəm.Təklif gələndə əvvəlcə çox düşündüm. Amma başqa variantlar olmadığı üçün getməyə qərar verdim. Çempionatın səviyyəsi aşağı deyildi. Fransa Liqa-2-dən bir az aşağı olardı. 
– Əmək haqqı normal idi?
– Bir mövsüm üçün futbolçulara 500 -800 min avro verirdilər. Bu, heç də pis deyildi. Beləliklə, getdim və “Qəbələ” ilə razılaşdım. Azərbaycan çempionatının səviyyəsi ildən-ilə artırdı. Buan görə də bu ölkədə çıxış etmək heç də pis deyildi.
– Azərbaycan yaşayış üçün normal ölkədir?
– Mənim həyatım orada heç də pis deyildi. Bakı paytaxtdır və bu şəhərdə gəzmək maraqlıdır. Orta əsrlər abidələrinə rast gəlirsən. Maşın sürmək və ərzaq baxımından çətinliklər olurdu. Bu ölkədə çox ehtiyatlı olmaq lazımdır. Tamamilə fərqli mentalitetdir. Mənim bəxtim onda gətirmişdi ki, yamaykalı hücumçu Deon Burton orada idi.
– Başqa diqqətçəkən nə var idi?
– Toni Adams “Qəbələ”də işlədi. Bu ölkə adına böyük bir iş idi.
– Futbol bu ölkədə nə qədər sevilir?
– Azərbaycan futbolu pis deyil. Deyərdim ki, fantastik pullar yatırılırdı. Klublar baza baxımından, stadion  baxımından əziyyət çəkirdi. Nizam-intizam da aşağı idi. Amma istedalı uşaqlar var.
Shares: