Belçika millisinin və Avroliqada “Qarabağ”la eyni qrupda yer alan “Anderlext” klubunun sabiq üzvü Filip Albert yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, keçmiş komandasının Avropa Liqasının qrup mərhələsindəki mübarizəsindən danışıb. 
 
Albert bildirib ki, bu qrup çox çətindir və “Qarabağ” da daxil olmaqla bütün rəqiblər güclüdür: “Anderlext” əvvəl pis başladı və evdə “Monako” ilə heç-heçədən sonra “Qarabağ”a uduzdu. Bu komandanın Azərbaycan təmsilçisinə məğlubiyyəti istisna olmaqla, digər uğursuzluqları bağışlamaq olar. Amma bu o demək deyil ki, “Qarabağ” zəfidir. Onlar son illərdə çox dəyişiblər. Ümumiyyətlə, qrup çətindir. Hər 3 rəqib güclüdür və növbəti mərhələ çox çətin olacaq. Sadəcə, son oyunlardakı nəticələri davam etdirmək lazımdır”.
Qeyd edək ki, Ağdam klubu evdə "Anderlext"i 1:0 hesabı ilə məğlub etmişdi.
Shares: