Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “İnter”lə dogma meydanda 1:1 hesabı ilə bərabərə qalan “Neftçi” aravermədən hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki., paytaxt təmsilçisi bu gün bazasında bərpa məşqinə çıxıb.
Növbəti turda “Sumqayıt”la qarşılaşacaq bakılıların heyətində Araz Abdullayev hələ də zədəlidi. O, böyük ehtimalla “kimyaçılar”la oyunu buraxmalı olacaq. Bundan başqa, “ağ-qaralar”ın yarımmüdafiəçisi Erik Ramos da sarı vərəqə limitini dolduraraq, cəzalı duruma düşüb. AZAL-la qarşılaşmada qırmızı vərəqə alaraq, meydandan qovulan müdafiəçi Filyo Rodriqes isə cəzasını başa vurub və brazilyalı müdafiəçi növbəti oyunda komandasına yardım edə biləcək.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” göreşe ayın 31-də, “Kapital Bank Arena”da keçiriləcək.