AZAL-ın baş məşqçisi Tərlan Əhmədov uğur qazanmağın yolunu tapıb. Komandanın son vaxtlar yaxşı nəticə əldə etməsinin səbəbi isə heç də yaxşı oyun deyil.
Aşağıda şəkillərini gördüyünüz şəxslər AZAL-ın hər oyununda “iş başında” olur. Onlar dünən də Qəbələdə yerli komandayla oyunda qonaqların uduzmaması üçün dualarını əsirgəməyib. Tərlan Əhmədovun Hacı dostları o, hələ “Neftçi”də işlədiyi dövrdən VİP-lojanın daimi sakinləridi. Son vaxtlar isə AZAL-ın matçlarında peyda olurlar.
Ac-susuz, pulsuz-parasız qalan AZAL məhz onların, Tərlan Əhmədovun dindar qardaşlarının duaları sayəsində ayaq üstdədi. Bu sadiq azarkeşlər hətta AZAL rəhbərliyinin getməyi lazım bilmədiyi Qəbələ səfərində də “nümayəndə heyəti”nin tərkibində olublar.