Dünən Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Sumqayıt”la (1:2) qarşılaşan “Xəzər Lənkəran” hazırlıqlarına ara vermədən başlayıb. Futbolinfo.az xəbər verir ki, cənublular bu gün səhər saatlarında bərpa məşqinə çıxıb.
“Kimyaçılar”la görüşdə xəsarət alaraq, oyunu yarımçıq tərk edən Orxan Əliyevin zədəsi ciddidi. Belə ki, hücumçu dizindən əməliyyat olunacaq. O, 1-2 ay müddətində yaşıl meydanlardan kənar qalacaq. Digər zədəli Rasim Ramaldanovun vəziyyəti isə getdikcə yaxşılaşır. Müdafiəçinin 12-ci turda Lənkəranda “Qarabağ”la keçiriləcək qarşılaşmaya kimi sağalacağı gözlənilir.
Bundan başqa, “ağ-yaşıllar” rəsmi olaraq PFL-ə müraciət edib. Buna səbəb ayın 31-də səfərdə “Rəvan”la keçiriləcək görüşün noyabrın 2-nə çəkilməsidi. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlundan aldığımız məlumata görə artıq PFL şifahi olaraq, buna razılıq verib.
Shares: