Dünən Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən “Qarabağ” – “Rəvan” (1:0) matçında meydan sahiblərinin start heyətində surpriz ada rast gəldik. Belə ki, Ağdam təmsilçisinin qapısını uzun fasilədən sonra yenə Fərhad Vəliyev qoruyurdu. 
Qarşılaşmadan sonra əlcək sahibi oyunla bağlı təəssüratlarını futbolinfo.az saytı ilə bölüşüb: “Uzun müddətdən sonra axır ki, ilk oyunuma çıxdım. “Rəvan” bu gün sona kimi mübarizə apardı. Çətinliklə də olsa bir qol vurub, qalib gəldik. Bizə bu oyunda əsas lazım olan nəticə idi. Çünki ardıcıl 3 gündən bir oyunlara çıxırıq. Komanda da bir az yorğunluq var. Amma bu gün bizə lazım olan 3 xal idi. Çox şadam ki, bunu da qazana bildik”. 
Maraqlıdı, görəsən, Vəliyevin bu əsas heyətdə yer almasına səbəb komandanın birinci qapıçısı İbrahim Şehiçin son oyunlardakı zəif çıxışı ilə bağlıydı: “Şehiçin son vaxtlar zəif çıxış etdiyini düşünmürəm. Fikrimcə, burada legioner limitini və sıx qrafikin olmağını da nəzərə almaq lazımdı. Ona görə də Şehiçə istirahət verilib”.
Shares: