Son vaxtlardakı çıxışı ilə diqqətləri üzrəni toplayan "Maints" klubunun futbolçusu Yunus Mallı milli komanda ilə bağlı seçimini edib. Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
Mənbədə bildirilir ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi seçimini Türkiyə millisindən yana edib. Mallı bundan sonra ay-ulduzlu formanı geymək üçün yığmanın baş məşqçisi Fatih Terimdən dəvət gözləyəcək. 
Qeyd edək ki, Almaniyada doğulub, böyüyən Türkiyə əsilli futbolçu sözügedən ölkənin aşağı yaş qrupları üzrə yığma komandalarında da çıxış edib. Almanlar "gələcəyin Məsut Özili" adlandırdıqları oyunçunun əsas millidə çıxış etməsi üçün çalışsalar da, bu cəhdləri baş tutmayıb.
Shares: