“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edərək Topaz Premyer Liqasının XI turunda keçirilməli olan “Kəpəz” – “Qəbələ” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Futbolinfo.az xəbər verir ki, buna səbəb yağışlardan sonra Gəncə şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır.
Bunu və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən PFL görüşün yerini dəyişib. Belə ki, XI turun matçı “Qəbələ” – “Kəpəz” kimi 3-cü dövrənin XIX turunun matçı isə “Kəpəz” – “Qəbələ” kimi qeydə alınacaq.
Qeyd edək ki, bu dəyişikliyin baş tutacağı ilə bağlı az öncə yazmışdıq.