2014-cü il mayın 30-dan 2015-ci il mayın 8-dək AFFA-nın təşklatçılığı ilə Bakı şəhərində UEFA-nın Pro kateqoriya üzrə məşqçi kursları keçirilib. AFFA-nın rəsmi saytının məlumatına görə, artıq bu kateqoriya üzrə lisenziya alan məşqçilərin adları məlub olub.
Adları aşağıda göstərilmiş mütəxəssislər imtahanların nəticəsinə əsasən Pro lisenziyası alıblar:
1. Əzimov Novruz Şirin oğlu
2. Əhmədov Tərlan Musa oğlu
3. Həsənov Bəhmən Kərim oğlu
4. İbrahimov Etibar Nizami oğlu
5. Kavlak Fatih
6. Kərimov Aslan Səməd oğlu
7. Şükürov Adil Teymur oğlu
8. Willard Daryl
9. Yoldaş Murat
10. Bağırov Azər Şahvələd oğlu
Göründüyü kimi, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin adı siyahıda yoxdu. Əslində, belə olacağı çoxdan bəlli idi. Hələ bir neçə ay öncə bu barədə xəbər yaymışdıq. Amma AFFA rəsmi cavabları açıqlamır, Hacıyev isə elə bunun əsas gətirərək vaxt uzadırdı.