“Çelsi” klubu yarımmüdafiəçi Ramireslə 2 illik müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Bildirilir ki, braziliyalı futbolçu 2019-cu ilə kimi “zadəganlar”ın şərəfini qoruyacaq. 2010-cu ildən londonluların şərəfini qoruyan Ramiresin müqaviləsi 2017-ci ildə bitəcəkdi.
Qeyd edək ki, “Çelsi” forması ilə 241 oyuna çıxan braziliyalı 33 qol vurub.