Premyer Liqanın son turunda öz meydanında “Sumqayıt”a məğlub olan “Xəzər Lənkəran” hazırlıqlarını istirahətsiz davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda oktyabrın 29-da saat 12:00-da stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirib.
Topsuz çalışmalar, müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsindən ibarət olan və bir saatdan çox sürən hazırlıq prossesinin ardından futbolçular baza-oteldə istirahətə çəkiliblər. Növbəti məşq oktyabrın 30-da saat 16:00-da yenə də ehtiyat meydançada baş tutacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XI turu çərçivəsində noyabrın 2-də səfərdə “Rəvan”la qarşılaşacaq.
(12cioyuncu.info)