Erməni əsilli 70 yaşlı uruqvaylı mütəxəssis Serxio Markaryanla yollarını ayıran Yunanıstan millisinin yeni baş məşqçisi bəlli olub. Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasında məlumat yayılıb. 
Mənbədə bildirilir ki, federasiya baş məşqçi postuna Mixail Skibbeni gətirib. AÇ-2016-nın qrup mərhələsini sonuncu tamamlayaraq, turnirlə vidalaşan yığma alman çalışdırıcı ilə 2018-ci ilə qədər müqavilə başlayıb.
Qeyd dək ki, Türkiyənin "Qalatasaray", "Karabükspor" və "Əskişəhərspor" kimi klublarında baş məşqçi işləyən 50 yaşlı mütəxəssis 2002-ci il dünya çempionatında Almaniya milli komandasının baş məşqçisi Rudi Föllerin köməkçisi olub.
Shares: