Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 10-cu turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Qəbələ” – AZAL matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Zirə” – “Kəpəz” matçının 58-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Sadiq Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Həmin matçın 87-ci dəqiqəsində zirəlilərin digər futbolçusu Aleksandr Şemonayev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 14-cü dəqiqəsində “Zirə”nin baş məşqçisi Adil Şükürov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 1000 manat cərimə kəsilib.
“Neftçi” – “İnter” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmin oyunun 36-cı dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün kluba 1000 manat cərimə kəsilib.
“Xəzər Lənkəran” – “Sumqayıt” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.