Lənkəranda vəziyyət kritikdi. Futbolinfo.az xəbər verir ki, yağan yağışlar nəticəsində Lənkərançay daşaraq, ərazini su altında qoyub. Güclü sel axınından bölgə təmsilçisi “Xəzər Lənkəran”da əziyyət çəkir.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğludan aldığımız məlumata görə, yaranan problem nəticəsində komandanın da bütün planları pozulub. Belə ki, “ağ-yaşıllar” yaranmış vəziyyətə görə məşq edə bilmir. Hazırda Lənkəran şəhər stadionunda yerləşən klubun inzibati binasının qarşısında böyük gölməçələr əmələ gəlib və suyun səviyyəsi hər saat 5 sm qalxır. Bu gedişlə meydançada su altında qala bilər. Əgər bu baş verərsə, qarşısını almaq mümkün olmayacaq.