Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Qrupu ilə Topaz Premyer Liqası və Birinci divizion klublarının nümayəndələri arasında görüş keçirilib. Futbolinfo.az xəbər verir ki, görüş növbəti lisenziyalaşdırma mövsümünün açılışına həsr olunub və aşağıdakı mövzularla bağlı məlumatlar klubların diqqətinə çatrdırılıb:
 
– Lisenziyalaşdırma Qrupunun təşkilati strukturu
– Lisenziyalaşdırma qrupu tərəfindən hazırlanmış və ötən mövsümə həsr olunmuş hesabatın təqdimatı
– Ötən mövsümün icmalı. Azərbaycanda və digər Avropa ölkələrində lisenziyalaşdırma prosesinin nəticələri və klublara lisenziya verilməsindən imtina səbəbləri
– Maliyyə Fair Play-i və UEFA-nın Klublara Maliyyə Nəzarət Orqanı barədə məlumat
– Ötən mövsümə nisbətən yeni qaydalarda baş vermiş dəyişiklər
– Lisenziyalaşdırma üzrə sənədlərin qəbulu prosesində baş vermiş dəyişikliklər. Prosesin klublar üçün asanlaşdırılması məqsədilə sənədlərin elektron versiyada qəbul olunması
– 2016/2017-cı il lisenziyalaşdırma mövsümü ərzində keçiriləcək seminar və görüşlər və s.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.
Shares: