2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün qitə futbol qurumu tərəfindən aşağıda qeyd olunan qaydada maliyyə vəsaiti ayrılıb. 
“Qarabağ” – 950 000.00 avro
“Qəbələ” – 630 000.00 avro
“Neftçi” – 200 000.00 avro
“İnter” – 630 000.00 avro
Futbolinfo.az xəbər verir ki, AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb. AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun assosiasiyaya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait paytaxt təmsilçisinin hesabına köçürüləcək.
Shares: