Son vaxtlar ardıcıl tədbirlər təşkil edib, kampaniyalar keçirən “Qəbələ” bu dəfə də ənənəsinə sadiq qalıb. Futbolinfo.az xəbər verir ki, adıçəkilən klub UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyada "Borussiya"ya (Dortmund, Almaniya) qarşı baç tutacaq oyun öncəsi müsabiqə elan edib. 
Kampaniya Türkiyə Hava Yolları (“Turkish Airlines”) ilə birlikdə aparılır. Belə ki, müsabiqədə iştirak etmək istəyənlər “Turkish Airlines”ın rəsmi “Facebook” səhifəsinə daxil olub, sualları cavablandırımalıdı. Özünə güvənənlər "Qəbələ" tarixində ən çox qol vuran 3 futbolçu kimdir?" sualına düzgün cavab verib, komandasına dəstək vermək üçün Dortmunda səyahət etmək şansı əldə edəcək.
 
Yarışın şərtləri belədi:  
1. Yarışmaya qatılacaq şəxslər Türk Hava Yolları və ya ”Qəbələ” işçisi və ya onların qohumu olmamalıdır. 
2. Təyyarə bileti və stadiona giriş bileti xaricindəki bütün xərclər qalib gələn şəxs tərəfindən qarşılanmalıdır.
3. Qalib gələn şəxs öz haqqını başqasına verə bilməz. 
4. Qalib gələn şəxs düzgün cavab verən şəxslər arasından təsadüfi seçim əsasında təyin ediləcəkdir. 
Qeyd edək ki, müsaqibənin nəticəsi noyabrın 2-də, saat 18.00-da elan olacaq. 
Shares: