Bu gün dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonanın doğum günüdür. Futbolinfo.az xəbər verir ki, 30 oktyabr 1955-ci ildə doğulan argentinalının 55 yaşı tamam olur.
Peşəkar futbolçu karyerasına “Arxentinos Xuniors” klubunda başlayan Maradona bir çox klubların şərəfini qoruyub. “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuelz Old Boyz” klublarında çıxış edən “Futbolun Allahı” adlandırılan əfsanə karyerasına 1997-ci ildə “Boka Xuniors”da son qoyub. Klublarla ümumilikdə 491 dəfə meydana çıxan Maradona 259 dəfə rəqib qapıçıları məyus edib.
O, 1977-1994-cü illərdə Argentina millisnin formasını geyib. 91 dəfə milli komanda ilə meydana çıxan Dieqo 34 dəfə rəqib qapılarına yol tapıb. “Futbol Tanrısı” 1986-cı ildə Meksikada keçirilən dünya çempionatının qalibidir. Komandasının kapitanı olan Armando uğurda böyük pay sahibi olduğu üçün “Qızıl top” mükafatını da alıb.
Baş məşqçi kimi isə onun karyerasının uğurlu alındığını demək olmaz. Daha çox qalmaqallarla yadda qalan Maradonanın karyerasında ən unudulmaz an isə 1986-cı ilin dünya çempionatının finalında Qərbi Almaniyaya əllə vurduğu qoldur. Əfsanə özü həmin qolu “Tanrının əli” ilə vurulmuş qol adlandırmışdı.