Bu gün 1-ci divizionda 7-ci tur 4 qarşılaşmayla başa çatır. Futbolinfo.az xəbər verir ki, paytaxtın eyniadlı klubunun “Şahdağ”la görüşünü izləyənlər sırasında “Bakı”nın vitse-prezidenti, klubun sahibi Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov da var idi.
 
Komandanın maliyyə durumu pisləşəndən sonra nadir hallarda tribunalarda görünən Zeynal bəy matçı təxminən 20-ci dəqiqədən fəxri lojadan izləyirdi. Amma fasilədə o, lojanı tərk etdi və 2-ci hissədə artıq stadionda yox idi.
 
Qeyd edək ki, Zeynal Məmmədov stadionu tərk edərkən, “Bakı” 1:0 hesabı ilə öndə idi.
Shares: