1-ci divizionda forma geyinən çoxsaylı yeniyetmə və gənc futbolçular aşağı yaş qrupları yığmalarımız üçün potensial futbolçulardı. Belə oyunçulara “Bakı” və “Şahdağ”da da rast gəlmək olar. Bəs, U-21, U-19 və U-17 yığmalarımızın baş məşqçiləri necə, divizion matçlarını diqqət mərkəzində saxlayırlarmı?
Bu gün baş tutan “Bakı” – “Şahdağ” matçını izləyənlər sırasında yalnız U-19-un baş məşqçisi Nazim Süleymanovu gördük. Təcrübəli mütəxəssislə söhbət zamanı aydın oldu ki, o, 3 potensial namizədin oyununu canlı izləmək istəyib: “Əvvəlcədən bildirilsə də ki, oyunu CBC yayımlayacaq, namizəd futbolçuların oyununu canlı izləmək istədim”.
Bu, Nazim bəyin münasibəti. Maraqlıdı ki, futbolçu qıtlığından gileylənən U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadəni tribunada görmək nəsibimiz olmadı. Oyunlara gəlməyəndən sonra futbolçunu hardan tapasan?