FIFA-nın məlum qadağası səbəbindən 14 futbolçunun ümidinə qalan “Xəzər Lənkəran”da vəziyyət getdikcə bərbadlaşır. Rasim Ramaldanovun ardından Orxan Əliyev də zədələnib.
Yenicə zədədən qurtulan futbolçunun budəfəki problemi daha ciddidir. Əməliyyata ehtiyacı olan Əliyev isə çarəsiz qalıb. Maliyyə problemləri içində boğulan cənublular futbolçusunu əməliyyat etdirməyə pul tapmır.
“Sumqayıt”la oyundan öncə klubunn vitse-prezidenti Tuyqun Nadirovla görüşən Əliyev ondan əməliyyatın tez bir zamanda həyata keçirilməli olduğunu bildirib. Lakin Nadirov pul olmadığı üçün hələlik kömək edə bilməyəcəklərini deyib. Nəticədə U-21 Azərbaycan milli komandasının da üzvü olan yarımmüdafiəçi AFFA-ya üz tutmaq məcburiyyətində qalıb. Hazırda federasiyadan yardım gözləyən Lənkəran təmsilçisinin üzvünün vəziyyəti qarışıq olaraq qalır. “Xəzər Lənkəran”ın heyətində zədələndiyi üçün Əliyevin AFFA-dan yardım ala biləcəyi də inandırıcı deyil.