“Qəbələ”nin futbolçusu Samir Zərgərov “qırmızı-qara” formada 100-cü oyununu keçirəcək. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqasının “Kəpəz”lə oktyabrın 31-də keçiriləcək qarşılaşmasında meydana çıxsa, yubiley oyununu qeyd edəcək.
2006-2009-cu illərdə “Qəbələ”də çıxış edib, 2015-ci ilin yayında "qırmızı-qaralar"a qayıdan Zərgərov indiyədək 99 matçda komandanın sıralarında olub. O, bu oyunların 78-ni Premyer Liqada, 15-ni ölkə kubokunda, 6-nı UEFA Avropa Liqasında keçirib.
Samir klub tarixində 100 və daha çox oyun keçirən 4-cü futbolçu olacaq. Ona qədər Dodo (147 oyun), Viktor Mendi (127 oyun) və Ürfan Abbasov (111 oyun) buna nail olublar. Hazırda 99 oyun keçirən Pavel Doroşevlə birlikdə 4-cü göstəriciyə malik Zərgərovun hesabında 12 qol var. Yarımmüdafiəçi klub tarixinin ən yaxşı bombardirləri siyahısında 9-11-ci yerləri bölən 3 futbolçudan biridir.
“Qəbələ”nin oyunlarında 5 dəfə penalti zərbəsi yerinə yetirib, bunların 3-də qol vuran Samir kubok matçında penaltilər seriyasında da qapını dəqiq nişan alıb.
Xatırladaq ki, yarımmüdafiəçi "Qəbələ"də ilk oyununu 2006-cı il avqustun 5-də keçirib. O, “qırmızı-qaralar” Premyer Liqada keçirdiyi ilk qarşılaşmada “İnter”ə qarşı 90 dəqiqə forma geyinib.    
 
Mövsüm 
Turnir
Oyun
Dəqiqə
Qol
Sarı
Qırmızı
2006/07 
Premyer Liqa
21
1507
1
0
2006/07
Kubok
4
144
1
0
0
2007/08
Premyer Liqa
24
1258
8
0
2007/08
Kubok
7
418 
0
0
2008/09
Premyer Liqa
24
1504 
0
2008/09
Kubok
4
216
0
1
0
2015/16 
UEFA Avopa Liqası
6
176
0
1
0
2015/16
Premyer Liqa
9
650 
0
2015/16
CƏMİ
99
5873 
12 
20 
0
Shares: