Türkiyə Superliqasının 9-cu turu çərçivəsində keçirilən “Trabzonspor” – “Qazinatepspor” (2:2) matçında baş verən qalmaqalla bağlı yazmışdıq. Xatırladaq ki, son dəqiqələrdə meydan sahiblərinin lehinə penalti verməyən baş hakim Çağatay Şahanı klub nümayəndələri 4 saat stadionda girov saxlanılmışdı. 
Baş verən bu hadisəyə Türkiyə Hakimlər Dərnəyi (THD) sərt reaksiya verib. Qurumun rəhbəri Abdurrahman Arıcı bu barədə tədbir görəcəklərini bildirib: “Hakimlərin stadionda saxlanılması qəbulolunmazdı. Bununla bağlı aksiya keçiərəcyik”. 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Trabzonspor" klubunun rəhbəri İbrahim Hacıosmanoğluna etdiyi zəngdən sonra hakimləri stadiondan çıxarmaq mümkün olmuşdu.
Shares: