Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Neftçi”ni qəbul edəcək “Sumqayıt” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda bu gün axşam saatlarında növbəti məşqinə çıxacaq.
Yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında çalışan “kimyaçılar” bakılılarla görüşə tam heyətlə hazırlaşır. Belə ki, komandada zədəli və cəzalı futbolçu yoxdu.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı noyabrın 2-də, saat 19:00-da “Kapital Bank Arena”da start götürəcək.