Bu gün Topaz Premyer Liqasında XI tura start veriləcək. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Zirə" ilə 0:0 bərabərə qaldı.
"İnter Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Zaur Svanadze heç-heçəni belə şərh edib:
“Düşünürəm ki, müdafiəçilərimiz bu gün çox yaxşı oynadılar. Müdafiəçilərimiz rəqib hücumçularına imkan vermədilər. İkinci hissədə öndə təhlükəli epizodlar yaratdıq. Təəssüflənirəm ki, bizim yüksək səviyyəli hücumçumuz yoxdur. Nə qədər dəyişikliklər etsək də, irəlidə daha güclü ola bilmirik. Bu problemləri aradan qaldırmaq üçün variantlar axtarırıq. Yaxşı oynamayan futbolçu ehtiyatda oturmalıdır”.