Bu gün Topaz Premyer Liqasında XI tura start veriləcək. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Zirə" ilə 0:0 bərabərə qaldı.
"İnter Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın məşqçisi Ayxan Abbasov heç-heçəni belə şərh edib:
“Azərbaycan çempionatının ən yaxşı komandalarından birinə qarşı oynadıq. “İnter”in özünəməxsus oyun tərzi var. Sıx qrafikdə ardıcıl 3-cü oyunumuzu keçirdik. Əsas məqsəd bu ardıcıl 3 oyunda uduzmamaq idi ki, bunun öhdəsindən gəldik. Məqsədlərimizdən biri özümüzəməxsus oyun tərzi yaratmaqdır. Hər keçən tur bu işdə irəliləyiş olduğunu görürük. “İnter”ə qarşı oyunda da mübarizə apardıq, futbolçulara uduzmamaq hissini aşılamağa çalışırıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik”.