Topaz Premyer Liqasının XI turunun “Qəbələ” – “Kəpəz” matçı təxirə salınıb. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Mənbədə bildirilir ki, buna qatı duman səbəb olub. Dayandırılan görüşün qalan hissəsi sabah keçiriləcək. Görüş saat 20:00-da yarımçıq dayandığı yerdən – 30-cu dəqiqədən bərpa olunacaq.