Cənub bölgəsində yağan aramsız yağışlar çayların daşması ilə nəticələnib. Odur ki, Lənkəranın əksər əraziləri su altında qalıb.
Sözsüz ki, yağan yaışlar “Xəzər Lənkəran” klubunun ev oyunlarını keçirdiyi mərkəzi stadiona da ziyan vurub. Klubun inzibati binasının otaqlarının bir neçəsini su basıb, eləcə də qazonun böyük hissəsi su altında qalıb. Bizdə olan son məlumata görə, qazonu çayın çirkablı suları, lillər cənginə alıb.
Bu vəziyyətin ot örtüyünə ciddi ziyan vuracağı məlumdur. Bizdə olan məlumata görə, qazonun böyük hissəsinə yeni toxum səpiləcək.
Bu gündən etibarən isə qazonun lilli sulardan təmizlənməsinə start verilib.