21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Bakı”nın sabiq üzvü Səbuhi Həsənov futbolçu karyerasını bitirib. Futbolinfo.az saytının məlumatına görə, sabiq müdafiəçi karyerasını bitirsə də, futbol sahəsində qalacaq.
Belə ki, Həsənov hakimliyə başlayıb və aşağı yaş qruplarının mübarizə apardığı liqalarda bu işin icrası ilə məşğuldur.
Qeyd edək ki, Səbuhi uzun müddətdir ki, yan xətt hakimi kimi Premyer Liqa oyunlarına təyinat alan Coşqun Həsənovun qardaşıdır.