Ardıcıl uğursuz nəticələrdən sonra “Neftçi”nin baş məşqçisi Samir Əliyev müxtəlif tədbirlər gördü. Bunlardan biri əsas heyətin üzvlərinin əvəzedici heyətə göndərilməsi oldu.
Belə ki, gənc məşqçi Samir Məsimovla Məhəmməd Qurbanovu əvəzedici heyətə göndərdi. Artıq iki turdur ki, əvəzedici heyətdə çıxış edən futbolçular diqqət mərkəzinə düşə biliblər. “Sumqayıt”dan transfer olunan Məhəmməd Qurbanov ardıcıl iki oyunda qol vurub, Samir Məsimov isə “İnter”in darmadağınında fərqlənib. Cəzalılar vurduqları qollarla geri dönüş üçün hazır olduqlarını bildirmiş oldular.
Shares: