Bu gün Topaz Premyer Liqasında XI tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" doğma meydanda AZAL-ı 2:0 hesabı ilə məğlub edib.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionudakı ("Azərsun Arena") matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərh edib:
“Qarabağ”la oyundan öncə futbolçularda həyəcan hiss edirdim. “Qarabağ”ın adından çəkinən futbolçularımda həyəcanı aradan qaldıra bilmədim. Məğlubiyyətə görə səhv məndədir. Hər halda, vaxt az olduğuna görə komandanı tam hazır edə bilmədik. “Qarabağ”ı təbrik edirəm. Biz isə “Kəpəz”lə oyuna hazırlaşacağıq. Açığı, biz müdafiə olunduq və səhvlərdən qollar buraxdıq. Səviyyə fərqi öz sözünü dedi”.