“Qarabağ” – AZAL matçından sonra meydan sahiblərinin yarımmüdafiəçisi Riçar Almeyda jurnalistlərin suallarını cavablandırıb:
– Çətin oyun olacağını bilirdik. Amma sevinirəm ki, rəqib qapısına yol tapa bildik.
– Matçın gedişində axsaya-axsaya meydançanı tərk etdin. İndi vəziyyətin necədi?
– Zədəli deyiləm, sadəcə, zərbə aldım.
– Zədəli deyiləm, sadəcə, zərbə aldım.
– Ölkə çempionatında son vaxtlar “Qarabağ”ın qarışıq heyətlə oynaması avrokuboklardakı çıxışınıza çətinlik yaradırmı?
– Heyətimizdə yetərincə futbolçu var. Düşünürəm ki, baş məşqçimiz düzgün seçimlər edir.
– Heyətimizdə yetərincə futbolçu var. Düşünürəm ki, baş məşqçimiz düzgün seçimlər edir.
– Reynaldo ilə meydançada çox yaxşı anlaşırdın. Bəs Armenterosla oynamaq necədi?
– Təbii ki, Reynaldo ilə 3 ildi bir yerdə çıxış edirəm deyə, onunla anlaşmamız daha yaxşıdı. Armenteros bu mövsüm komandaya qoşulduğuna görə, o hazırda bizi, biz də onu öyrənirik. Lakin oyunda-oyuna hər şey yaxşılaşır.

– Komandanın oyun tərzindən razısanmı?
– Özümüzü həmişə yaxşı tərəfdən göstərməyə çalışırıq. Baş məşqçimiz də bunu görür. Fikrimcə, futbolçuların buna şərh bildirməsi düzgün deyil.
– Özümüzü həmişə yaxşı tərəfdən göstərməyə çalışırıq. Baş məşqçimiz də bunu görür. Fikrimcə, futbolçuların buna şərh bildirməsi düzgün deyil.
– Sanki ötən mövsümlə müqayisədə, cari çempionatnda bu il nisbətən sürətli oyun nümayiş etdirə bilmirsiniz…
– Əvvəlki illərdə Leroy Corc və Muarem Muarem var idi. Bir-birmizi yaxşı başa düşürdük. Bu il yeni oyunçular var deyə, bir az zamana ehtiyacımız var.
– Əvvəlki illərdə Leroy Corc və Muarem Muarem var idi. Bir-birmizi yaxşı başa düşürdük. Bu il yeni oyunçular var deyə, bir az zamana ehtiyacımız var.
– Belə çıxır ki, onların yeri gələ də komandada görünür…
– Hər ikisi bizim üçün önəmlli futbolçular idi. Amma baş məşqçimiz onların boşluğunu doldura biləcək oyunçuları komandaya cəlb edə bilib.
– Qarşıdan “Monako,” ilə oyun gəlir. Bunu “Qarabağ” üçün avrokuboklarda mərhələ adlamaq baxımından son şans saymaq olarmı?
– Biz indiyə kimi ancaq AZAL matçı haqqında düşünürdük. Artıq bu gündən etibarən “Monako” haqqında fikirləşməyə başlayacağıq.
– Biz indiyə kimi ancaq AZAL matçı haqqında düşünürdük. Artıq bu gündən etibarən “Monako” haqqında fikirləşməyə başlayacağıq.
– Necə düşünürsən, “Monako”nu məğlub etmək mümkündümü?
– Həyatda mümkünsüz heç nə yoxdu.
– Həyatda mümkünsüz heç nə yoxdu.
ELMAR ABDULLA-ZADƏ