İngiltərə Premyer Liqasında XI tura start verilib. Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda son vaxtlar uğrsuzluq zolağına düşən "Çelsi" "Liverpul"a uduzub – 1:3.
 
“Mançester Yunayted” “Kristal Palas”la bərabərə qalıb – 0:0. “Mançester Siti” isə öz meydanında “Norviç”i 2:1 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, bu gün "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" bu turda "Aston Villa"nı qəbul edəcək.
 
 

İngiltərə Premyer Liqası
XI tur
 
31 oktyabr
“Çelsi” – “Liverpul” – 1:3
QOL:
Ramires, 4 – Koutinyo, 45, 74, Benteke, 83
 
“Kristal Palas” – “Mançester Yunayted” – 0:0
 
“Mançester Siti” – “Norviç” – 2:1
QOL
: Otamendi, 67, Ture, 89 (pen.) – Jerom, 83
 
“Nyukasl” – “Stok Siti” – 0:0
 
“Suonsi” – “Arsenal” – 0:3
QOL:
Jiru, 49, Kosielni, 68, Kempbell, 74
 
“Uotford” – “Vest Hem” – 2:0
QOL:
İqalo, 39, 48
 
“Vest Bromviç” – “Lester” – 2:3
QOL:
Rondon, 30, Lambert, 84 (Pen.)  – Mahrez, 57, 65, Vardi, 77
 

1 noyabr
17:30 “Everton” – “Sanderlend”
20:00 “Sauthempton” – “Bornmut”
00:00 “Tottenhem” – “Aston Villa”
Shares: