"Barselona" və Uruqvay millisinin hücumçusu Luis Suarez karyerasında 300-cü rəsmi qolunu vurub. Futbolinfo.az xəbər verir ki, o, ötən gün İspaniya La Liqasında "Xetfe" ilə oyunda buna nail olub.
Belə ki, kataloniyalıların 2:0 hesabı ilə qalib gəldiyi oyunda Suarez 1 dəfə fərqlənib.
Qeyd edək ki, forvard 300 qoldan 36-nı “Barselona”, 44-nü yığma komandada, 82-ni “Liverpul”, 111-ni “Ayaks”, 15-ni “Qroningen”, 12-ni isə “Nasional”ın heyətində vurub.