"Real" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “böyük beşlik” ölkələri futbol çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında ilk üçlüyə daxil olub. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Belə ki, ötən axşam "Las Palmas"la oyunda bir qol vuran futbolçu, bununla da, “böyük beşik” ölkələrinin liqalarındakı qollarının sayını 317-yə çatdırıb. Kriştiano bu qollardan 233-nü İspaniya, 84-nü isə İngiltərə çempionatında vurub.
Qeyd edək ki, siyahıda ilk yeri 366 qol vuran Cimmi Qrivz, ikinci yeri isə Herd Müller tutur. Maraq üçün bildirək ki, Lionel Messi bu siyahıda 288 qolla 7-ci yerdədi.
Qeyd edək ki, siyahıda ilk yeri 366 qol vuran Cimmi Qrivz, ikinci yeri isə Herd Müller tutur. Maraq üçün bildirək ki, Lionel Messi bu siyahıda 288 qolla 7-ci yerdədi.