İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda sonuncu – 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb.  
 
"Qırmızı qardaşlar" səfərdə "Qoteborq"lə üz-üzə gəlib. Görüş "Kalmar"ın 2:2 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Nuri isə oyunu əvəzedilmədən keçirib.
 
Qeyd edək ki, “Kalmar” hazırda 31 xalla 13-cü pillədə qərarlaşıb.

 
Shares: