Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 5-də “Qəbələ”ni doğma meydanda qonaq edəcək Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı Bundesliqanın 11-ci turunda “Verder” üzərindəki qələbədən sonra komandasının tərifləyib.
Tuhel bildirib ki, komandası yaxşı oyununu davam etdirir: “Verder”lə matçda ilk yarıda çox çətinliklər çəkdik. Oyunun əvvəlində rəqibin hücumların dayandırmaq mümkün deyildi. Amma ikinci yarıda daha yaxşı çıxış etməyə başladıq və nəticədə qələbə qazandıq. Konsentrasiyanı itirmədik. Qol şansları yaratdıq və 3-nü qola çevirdik. Çox məmnunam. Komandama tərif yağdırmaq istəyirəm. Bizi qarşıda daha çətin sınaq gözləyir”. 
Alman çalışdırıcı “Qəbələ” ilə keçiriləcək matçdan danışıb: “Qəbələ” ilə Avropa Liqası oyunu var. Ona hazırlaşmaq lazımdır”.
Shares: