Yunanıstan çempionatında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi PAOK da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Asteras”la üz-üzə gəlib. Görüş PAOK-un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, PAOK hazırda 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.