Topaz Premyer Liqasında XI turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, ötən gün qatı duman səbəbindən 30-cu dəqiqədə təxirə salınan "Qəbələ" – "Kəpəz" matçı bu gün yarımçıq qaldığı yerdən stat götürüb və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qəbələ şəhər stadionudakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qələbəni belə şərh edib:
“Oyun maraqlı keçdi. Qələbə qazanmasaq belə, mən bu sözləri deyəcəkdim. Oyundan öncə bildirmişdim ki, qarşılıqlı hücumlar baş tutacaq. Oyuna görə komandamla fəxr edirəm. Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdu. Sıx qrafikdə komandam qəhrəmancasına mübarizə apardı. Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq”.