Topaz Premyer Liqasında XI turun qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, ötən gün qatı duman səbəbindən 30-cu dəqiqədə təxirə salınan "Qəbələ" – "Kəpəz"  matçı bu gün yarımçıq qaldığı yerdən stat götürüb və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qəbələ şəhər stadionudakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:
“Bu gün ötən oyunlardan heç bir fərq olmadı. Komandam yenə böyük üstünlük şəraitində oynadı. Biz qollar vurmalı idik, amma bunu bacara bilmədik. Üstün oyun sərgiləsək də, qələbə qazanmadıq. Həmin problemləri aradan qaldırmaq lazımdır. Biz üstün oynayırıq, amma qol vura bilmirik. Deməli, hücumların sonluğunu düzəltməliyik. Çatışmazlıqların nədən ibarət olduğunu bilirik. Futbolda əsas olan nəticədir. 3 oyunda 9 xal qazana bilərdik, amma bunların sayı 2 oldu.  Məğlubiyyəti Dodo ilə əlaqələndirmək olmaz. Dodo bizim komandanın kapitanıdır, vacib oyunçudur. Ona hörmət edirəm. Amma elə bir futbolçu yoxdur ki, mövsüm boyu zədələnməsin və ya cəzalı duruma düşməsin”.
Shares: