Bu gün Topaz Premyer Liqasında 11-ci turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutacaq. Oyunlar Sumqayıt və Bakıda keçiriləcək.  Maraqlıdı ki, meydana çıxacaqların hamısı "ilk beşlik"də olmayan, "arxadaqalanlar" deyə biləcəyimiz komandalardı.
2 noyabr
“Sumqayıt” – “Neftçi”
19:00, “Kapital Bank Arena
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev 
AFFA nümayəndəsi: Maşallah  Əhmədov
Hakim-inspektor: Əli  Hüseynov
Tərəflərdən heç birini matçın favoriti saymaq olmaz. “Kimyaçılar”ın Samir Abbasovun gəlişindən sonra göstərdiyi oyunu nəzərə alsaq, qələbə qazanmaq şansının bakılılara nisbətən daha çox olduğunu görərik. Bundan başqa, “Gənclik şəhəri” təmsilçisi cari mövsüm evdə meydana çıxdığı 5 görüşün heç birində məğlub olmayıb. Bakılılar bu tur xal itirsə, 8-ci pilləyə yuvarlana bilər. Qalibiyyət isə onları 6-cı pilləyə irəlilədəcək. Bu səbəbdən də Samir Əliyevin komandası irəliləmək üçün var gücü ilə çalışmalıdı.
“Sumqayıt” – “Neftçi” – 13 oyun, +3=2-8, top fərqi – 15:29 
21.08.2011    Neftçi (Bakı) – Sumqayıt     4:0
15.02.2012    Sumqayıt – Neftçi (Bakı)    0:3
24.09.2012    Sumqayıt – Neftçi (Bakı)    3:2
17.11.2012    Neftçi (Bakı) – Sumqayıt    8:1
21.09.2013    Neftçi (Bakı) – Sumqayıt    0:0
30.11.2013    Sumqayıt – Neftçi (Bakı)    1:2
23.02.2014    Sumqayıt – Neftçi (Bakı)    2:0
20.04.2014    Neftçi (Bakı) – Sumqayıt    1:3
17.10.2014    Sumqayıt – Neftçi (Bakı)    0:1
14.12.2014    Neftçi (Bakı) – Sumqayıt    3:2
28.02.2015    Sumqayıt – Neftçi (Bakı)    0:1
01.05.2015    Neftçi (Bakı) – Sumqayıt    2:2
23.08.2015    Neftçi (Bakı) – Sumqayıt    2:1
BU MÖVSÜM…
 … “Sumqayıt” öz meydanında: 5 oyun, 1 qələbə,  4 heç-heçə, top fərqi – 4:3
 …"Neftçi” səfərdə: 5 oyun, 1 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət top fərqi – 5:7   
…İlk dövrədəki matç: 1:2
OYUNDAN NOTLAR
•  Cəza üzündən Erik Ramos (“Neftçi”) oyunu buraxacaq.  . 
•  Emin Mehdiyev (“Sumqayıt”), Aqil Məməmmədov, Aylton (“Neftçi”) cəza həddindədi.
•  Zədə səbəbindən Araz Abdullayev (“Neftçi”) komandasına kömək edə bilməyəcək.
HAKİM
axar.az1392034214rauf cabbarov - Futbolinfo.az
Qarşılaşmanı Rauf Cabbarov idarə edəcək. Bu, referinin cari çempionatda 3-cü təyinatıdı. Cabbarov adıçəkilən komandaları bu mövsüm ilk dəfə meydana çıxardacaq.
“Rəvan” – “Xəzər Lənkəran”
21:00, “Bayıl Arena”
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Nüvər  Xasıyev
Hakim-inspektor: Rövşən  Əhmədov
Bu qarşılaşmada da kimisə favorit kimi göstərmək çətindi. Hər iki komandanın vəziyyəti pisdi. Meydan sahibləri liqada qalmaq üçün qalib gəlib, AZAL-la xal fərqini 3-ə endirmək fikrindədi. Bakılılar 7 oyunluq məğlubiyyət seriyasına da son qoymaq istəyir. Qonaqlar isə qalib gəlsə, minumum 1 pillə irəliləyəcək. 
“Rəvan” –  “Xəzər Lənkəran” – 11 oyun, +3=5-3, top fərqi – 10:16
27.08.2011    Rəvan (Bakı) – Xəzər Lənkəran    1:1
19.11.2011    Xəzər Lənkəran – Rəvan (Bakı)    1:1
05.08.2012    Rəvan (Bakı) – Xəzər Lənkəran    1:1
04.11.2012    Xəzər Lənkəran – Rəvan (Bakı)    4:0
12.03.2013    Rəvan (Bakı) – Xəzər Lənkəran    1:0
20.05.2013    Xəzər Lənkəran – Rəvan (Bakı)    1:2
04.10.2013    Rəvan (Bakı) – Xəzər Lənkəran    1:1
15.12.2013    Xəzər Lənkəran – Rəvan (Bakı)    1:0
08.03.2014    Rəvan (Bakı) – Xəzər Lənkəran    2:1
02.05.2014    Xəzər Lənkəran – Rəvan (Bakı)    4:0
22.08.2015    Xəzər Lənkəran – Rəvan (Bakı)    1:1
BU MÖVSÜM… 
… “Rəvan” öz meydanında: 5 oyun, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 2:10 
…"Xəzər Lənkəran" səfərdə: 5 oyun, 2 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 2:10
…İlk dövrədəki matç: 1:1

OYUNDAN NOTLAR  
•  Cəza üzündən heç kim oyunu buraxmayacaq
•  Heç bir futbolçu cəza hədində deyil
•  Zədə üzündən Rasim Ramaldanov, Orxan Əliyev (“Xəzər Lənkəran) oyunu buraxacaq.

HAKİM
Z - Futbolinfo.az
Qarşılaşmanı Orxan Məmmədov idarə edəcək. Bu, referinin cari çempionatda 5-ci təyinatıdı. Məmmədov adıçəkilən komandaları bu mövsüm ilk dəfə meydana çıxardacaq.
ELMAR ABDULLA-ZADƏ
Shares: