Başa çatan "Rəvan" – "Xəzər Lənkəran" oyunun son dəqiqələri çox həyəcanlı keçdi. Matça əlavə olunmuş vaxtın bitməsinə baxmayaraq, oyunun qurtarmaması qonaqların baş məşqçisi Yunis Hüseynovu özündən çıxardı.
O, bir neçə dəfə hakimlər briqadasına narazılığını bildirdi. "Bayıl Arena"da olan əməkdaşımızın verdiyi məlumata görə, son saniyələrdəki epizodların birində "Rəvan"ın təhlükəli hücum təşkil etməsi onu tamamilə təbdən çıxarıb. Hüseynov final fiti səslənən kimi baş hakim Orxan Məmmədovu təhqir edib.