Bu gün Topaz Premyer Liqasında XI tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Rəvan" öz meydanında "Xəzər Lənkəran"a 1:0 hesabı ilə məğlub olub.
"Bayıl Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Bəhmən Həsənov məğlubiyyəti belə şərh edib:
“Biz ağıl ilə yox, emosiya ilə oynadığımıza görə 3 xalı rəqibə hədiyyə etdik. Oyunumuz heç xoşuma gəlmədi. “Xəzər Lənkəran” məğlub ediləsi rəqib idi. Sadəcə, rəqibin fiziki durumu yaxşıdır, futbolçuları çox qaçır. Mənə bir az zaman lazımdı. Futbolçu konkret olaraq qarşıya qoyulan tələbləri yerinə yetirməldir. Çox şeyi dəyişməliyik”.