Türkiyədə keçirilən “Antalya Cup” turnirində ilk iki turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, bir neçə yaş qrupu üzrə təşkil olunan beynəlxalq turnirdə çıxış edən “Qəbələ”nin 15 yaşlılardan ibarət komandası “Lokomotiv” (Moskva, Rusiya), “Dunarea” (Rumıniya) və “Antalyaspor”la (Türkiyə) mübarizə aparır. 
 
Xaqani Məmmədovun baş məşqçisi olduğu komandamız ilk turda “Lokomotiv”lə qarşılaşıb. “Qırmızı-qaralar” bu matçda 0:2 hesabı ilə uduzub. Turun digər oyununda “Dunarea” meydan sahiblərini 3 cavabsız qolla məğlub edib.
 
Bu gün keçirilən II turda “Qəbələ” “Antalyaspor”la qarşılaşıb. Məhəmməd Məhərrəmov, İdris İnqilablı və Samir Qurbanovun qol vurduğu matçda “qırmızı-qaralar” 3:1 hesabı ilə qalib gəlib. “Lokomotiv” – “Dunarea” matçında rusiyalılar 5:0 hesabı ilə qalıb gəlib. İlk iki turda qalib gələn “dəmiryolçular” turnir cədvəlinin vahid lideridir. “Dunarea” ilə eyni xala malik “Qəbələ” daha yaxşı top fərqinə görə 2-ci pillədə qərarlaşıb. Hesabında xalı olmayan Antalya təmsilçisi isə sonuncu yerdə qərarlaşıb.
 
Qeyd edək ki, “qırmızı-qaralar” III turda “Dunarea” ilə üz-üzə gələcək.
 
(klub saytı)
Shares: